Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Çexiyalı qonaqlar BSU-da

 

Oktyabrın1-də Çexiya Respublikasının Olomouts diyarının qubernatoru (qetmanı) Martin Tesarjikin başçılıq etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində oldu.

Görüşdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti barədə məlumat verdi.

Bakı Slavyan Universitetinin Çexiyanın universitetləri ilə əlaqələrinin perspektivləri, BSU-da "Çexiyaşünaslıq" ixtisası üzrə təhsil alan tələbələrin həmin ölkədə təhsillərini davam etdirmələri barədə fikir mübadiləsi aparıldı.

Qeyd edildi ki, BSU xaricdə Azərbaycan dili və mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliğinə xüsusi önəm verir. 

Sonra Olomouts diyarının qubernatoru (qetmanı) M.Tesarjik BSU-da Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsindən məmnun qaldığını bildirdi və bu mərkəzin daha da inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu söylədi.

Tədbirdə iştirak edən Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula BSU-da çex dili və mədəniyyətinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi. 

Qonaqlar BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusun tədris-mədəniyyət mərkəzləri, müasir tələblərə cavab verən kitabxana, zəngin texniki avadanlıqla təchiz edilmiş linqafon zalları, elmi-tədqiqat laboratoriyaları ilə tanış oldular. Burada  Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətini əks etdirən videofilm göstərildi.

Sonda bildirildi ki, nümayəndə heyətinin üzvləri, Çexiyanın Ostrav Universitetinin professorları oktyabrın 5-dək BSU-nun tərcümə və beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin tələbələrinə mühazirələr oxuyacaqlar. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov