Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Görkəmli şair yad edildi

 

Naxçıvan Müəllimlər İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq qeyd etmişdir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkardır. Onun yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanmışdır. Nizaminin misilsiz əsərləri, onun qabaqcıl ideyaları böyük sürətlə Yaxın və Orta Şərqə yayılaraq, bir çox xalqların ədəbiyyatının inkişafına müsbət təsir göstərmiş və bu ecazkar təsir öz qüvvəsini əsrlər boyu saxlamışdır. O da vurğulanmışdır ki, Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi həm də böyük vətənpərvər şair idi. O bütün əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.

Sonra institutun prorektoru Sədaqət Həsənova, dillər və ədəbiyyat kafedrasının dosenti Nəzakət İsmayılova şairin yaradıcılığı barədə danışmış, tələbələr görkəmli söz ustasının qəzəllərini ifa etmiş və N.Gəncəvinin qəzəlləri əsasında bəstələnmiş romanslar səsləndirilmişdir. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov