Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

190 nömrəli məktəbdə işləmək mənim üçün böyük fəxrdir

 

Mən 2006-2010-cu illərdə ADPU-nun riyaziyyat fakültəsində riyaziyyat-informatika ixtisası  üzrə təhsil almışam. Daha sonra informatika ixtisası üzrə magistraturanın əyani şöbəsinə daxil olmuş və bu il həmin universiteti bitirmişəm. Universiteti bitirdikdən dərhal sonra Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirəcəyi müsabiqədə iştirak etməyi qərara aldım, elektron  ərizə formasını doldurdum. İyulun 27-də keçirilən imtahanda uğurlu nəticə əldə etdim.

İmtahan  çox obyektiv və şəffaf şəraitdə keçirildi. Mən  34,13 balla  siyahıda ilk  yerdə yazdığım Səbail rayon O.Mirzəyev adına 190 nömrəli orta məktəbə qəbul olundum. Bu məktəb barəsində əvvəllər çox xoş sözlər eşitmişdim. Azərbaycan maarifinin  incilərindən sayılan Sona xanım Tağıyevanın  qurmuş olduğu  və 60 ilə yaxın  rəhbərlik etdiyi bir məktəbə işə qəbul olunmaq mənim üçün bir fəxr idi. Həmçinin məktəbin hazırkı direktoru, respublikanin əməkdar müəllimi Afət xanım Bakıxanova ilə ilk tanışlığımızda seçimimdə yanılmadığımı başa düşdüm. Məktəbdə məni elan olunmuş vakansiyadakı dərs saatları ilə tam təmin etdilər.

Məktəbə  mənimlə eyni zamanda müsabiqə yolu ilə bir neçə müəllim də qəbul olunmuşdur. Məktəbin direktoru və direktor müavinlərinin bizə olan xoş münasibəti məktəb haqqındakı müsbət fikirlərimizi daha da artırdı.

Hazırda I, IV, VI, IX, X, XI  siniflərdə informatika fənnini tədris edirəm. Mən və digər müsabiqə yolu ilə qəbul olunmuş  müəllimlər bizə bu cür şərait yaratdıqları üçün Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk. Biz fəxr edirik ki, respublikanın ən zəngin tarixi ənənələri olan təhsil ocağına - 190 nömrəli məktəbə işə qəbul olunmuşuq. Mən həmçinin bir daha  öz adımdan və digər təzə qəbul olunmuş müəllimlər adından O.Mirzəyev adına 190 nömrəli orta məktəbin direktoru  Afət  Bakıxanovaya və məktəbin kollektivinə göstərdikləri isti münasibətə  görə təşəkkürümü bildirirəm. 

Afaq MURADOVA,
Bakı şəhər O.Mirzəyev adına 190  nömrəli tam orta məktəbin 
informatika müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov