Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Naxçıvan Özəl Universitetində yubiley tədbiri

 

Naxçıvan Özəl Universitetində görkəmli yazıçı M.S.Ordubadinin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq demişdir ki, M.S.Ordubadi Azərbaycan ədəbiyyatında böyük bir epoxadır. Onun realist publisistikası ədibin yaradıcılığında olduqca mühüm yer tutur. M.S.Ordubadi ədəbiyyatımızda ilk tarixi romanın təməlini qoymuş və bu təməl üzərində sonralar böyük bir binanın əsası hörülmüşdür. O, Təbriz və Şirazın tanınmış alimlərinin yanında dərs almış, Ordubada qayıtdıqdan sonra müəllimlik etmiş, şeir yazmağa da elə o illərdə başlamışdır. "Dumanlı Təbriz" adlı roman-epopeyası ilə M.S.Ordubadi Azərbaycan ədəbiyyatında yeni bir janrın əsasını qoymuşdur. O, məşhur "Qılınc və Qələm" (1946-1948), "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940) adlı tarixi romanların müəllifidir.

Rektor çıxışında onu da diqqətə çatdırdı ki, M.S.Ordubadi bir sıra librettoların da müəllifidir. O, Ü.Hacıbəylinin "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz", Ə.Bədəlbəylinin "Nizami" operalarına, F.Əmirovun "Ürəkaçanlar", S.Rüstəmovun "Beş manatlıq gəlin" musiqili komediyalarına libretto yazmışdır. O, eyni zamanda A.S.Puşkinin "Bağçasaray fontanı", "Boris Qodunov", Demyan Bedninin "Ziynətin andı" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Sonra professor Yavuz Axundlu və ali təhsil ocağının tələbələri yazıçının yaradıcılığı ilə bağlı danışmışlar. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov