Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

İmişlidə 551 müəllim təlim kurslarından keçib

 

2012-2013-cü dərs ilində İmişli rayonu ümumtəhsil məktəblərinin V siniflərində daha səriştəli fənn müəllimlərinin dərs deməsinin təmin edilməsi məqsədilə təlim kurslarına cəlb olunacaq müəllimlərin siyahısı dəqiqləşdirilmişdir. Həmin kursların səmərəli keçməsi ilə bağlı İmişli şəhər 2 nömrəli tam orta məktəbi təlim mərkəzi kimi müəyyənləşdirilmişdir. Təlim otaqları zəruri texniki avadanlıqlarla (kompüter, proyektor, printer və s.) təchiz edilmiş, lazımi şərait yaradılmışdır.

Təlim kursları Azərbaycan dili və ədəbiyyat, həyat bilgisi, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə Azərbaycan Universitetinin, riyaziyyat, informatika və Azərbaycan tarixi fənləri üzrə "Mədəd  Azərbaycan" təşkilatının, xarici dil fənni üzrə Xəzər Universitetinin əməkdaşları tərəfindən yüksək səviyyədə aparılmışdır.

Rayon üzrə bu il V siniflərdə dərs deyəcək 551 nəfər müəllim kursdan keçərək sertifikat alıb. Təlim kursları müdavimlər tərəfindən razılıqla qarşılanmışdır. Onlar yeni kurikulumlarda hər fənnin məqsədinin konkret olaraq göstərildiyini, hər bir təhsil standartında zəruri bilik və fəaliyyətlərin əhatə olunduğunu qeyd etmişlər.

Həmçinin bütün fənlər üzrə  təlimin təşkili ilə bağlı praktik işlər aparılmış, bir çox qabaqcıl müəllimlərin nümunəvi dərsləri dinlənilmişdir. Təlimçi müəllimlərdən Rəna Məmmədova, Xuraman Nağızadə, Gülnar Adıgözəlova, Leyla Məcidova, Faiq Manafov, Təhminə Süleymanzadə, Rüsxarə Ələkbərova, Solmaya Əmiralıyeva, Nərminə Qaragözova, Gülbəniz Camalova məşğələləri daha məzmunlu qurmuş, müdavimlərin təlimlərdən maksimum yararlanmalarına nail olmuşlar.

İmişli Rayon Təhsil Şöbəsinin müdiri R.Əmirov və  şöbənin əməkdaşları  təlim kurslarının səmərəli keçməsinə yaxından köməklik göstərmişlər. 

S.HÜSEYNOV,
İmişli RTŞ-ın metodik  kabinetinin direktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov