Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Zərdabda Gənclər Mərkəzi açılıb

 

Oktyabrın 7-də Prezident İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, Heydər Əliyev Parkında yeni inşa olunan Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya Oyunlarının qaliblərinin və olimpiya komandamızın Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən fotostend yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət guşələr vardır.

Qeyd olundu ki, Gənclər Mərkəzinin tikintisinə ötən ilin iyulunda başlanılmışdır. Mərkəzin inşaat işləri Prezident İlham Əliyevin Zərdaba səfərindən sonra imzaladığı 2011-ci il 11 may tarixli sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına aparılmışdır. Bütün lazımi avadanlıqla təchiz edilən on otaq və rəqs zalından ibarət mərkəzdə gənclər öz asudə vaxtlarını maraqlı keçirə bilərlər. Burada ayrıca kompüter otağı da vardır. Bütün kompüterlər sürətli İnternetə qoşulmuşdur. Mərkəzdə kompüter, dərzilik kursları, musiqi dərnəkləri təşkil olunacaqdır. Binadakı kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı mərkəzin rəqs zalı ilə tanış oldu. Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət göstərir. Ümumilikdə mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov