Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Təşəkkür elan edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

04-05 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumda qloballaşmaqda olan dünyanın reallıqlarını nəzərə almaqla humanitar problemlər, perspektivlər və çağırışlar muzakirə edilmiş, təbiət, iqtisad və humanitar elmləri, mədəni elitanı təmsil edən Forumun təşkilatçıları gələcəkdə beynəlxalq miqyasda nəzərə alınması vacib olan yeni humanitar gündəliyin formalaşması məsələsini qarşıya qoymuşlar.

Forum çərçivəsində plenar iclasın, bir neçə istiqamətlər üzrə "dəyirmi masa"ların təşkilində və keçirilməsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova yaxından iştirak etmişlər. Onlar Foruma dəvət olunan bir çox xarici qonaqları, o cümlədən xarici ölkələrin keçmiş prezidentləri, Nobel mükafatı laureatları ilə öz universitetlərində görüşlər keçirmiş, onlara fəxri adlar və Azərbaycanı təcəssüm etdirən qiymətli hədiyyələr vermişlər.

II Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirilməsində aktiv fəaliyyətlərini nəzərə alaraq  

ƏMR EDİRƏM: 

1. Aşağıda adları çəkilən universitetlərin rəhbər işçilərinə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin: 

Məhərrəmov Abel Məmmədəli oğlu   - Bakı Dövlət Universitetinin rektoru;

Hacıyev Şəmsəddin Hümmət oğlu - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru;

Abdullayev Kamal Mehdi oğlu - Bakı Slavyan Universitetinin rektoru;

Qəribova Jalə Əhməd qızı - Azərbaycan Dillər Universitetinin beynəlxalq  əlaqələr üzrə prorektoru

 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 oktyabr 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov