Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Bu tədris ilində iki koreyalı gənc ADU-da təhsil alır

 

Oktyabrın 6-da ADU-nun rektoru, professor Səməd Seyidov  Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin prezidenti Park Çul ilə görüşdü. Səməd Seyidov iki ölkə arasındakı münasibətlərin tarixi köklərə malik olduğunu bildirdi. O, Koreyanın ölkəmizdəki səfirliyi ilə qarşılıqlı əməkdaşlıq edildiyini və birgə tədbirlərin həyata keçirildiyini vurğuladı. Koreya ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini deyən S.Seyidov  ADU-da 40-dək tələbənin Koreya dili ixtisasında təhsil aldığını qonağın nəzərinə çatdırdı. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında 14 əcnəbi dilin, o cümlədən yəhudi, ərəb, yapon, Çin, malay dillərinin də tədris olunduğunu qeyd etdi. Koreya universitetləri ilə ADU-nun əlaqələrinə toxunan Səməd Seyidov Hankuk Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını dedi. Rektor  bu baxımdan   imzalanacaq  müqavilənin  universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Sonra universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalandı.

İmzalanma mərasimindən sonra çıxış edən rektorlar - Səməd Seyidov və Park Çul müqavilənin işlək olacağına, yaxın vaxtlarda səmərə verəcəyinə inandıqlarını qeyd etdilər.

Məlum oldu ki, bu tədris ilində Koreya Respublikasından iki tələbə də Azərbaycan Dillər Universitetində təhsil alır. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov