Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

"Ölkədaxili turizmin inkişafı" layihəsinin təqdimatı oldu

 

Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyi      Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Dünya Azərbaycanlı Gənclər Birliyi və "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin birgə həyata keçirdiyi "Ölkədaxili turizmin inkişafı" layihəsinin təqdimatı oldu.

Beynəlxalq turizm gününə həsr olunmuş mərasimdə bir sıra dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Verilən məlumata görə, bu layihə çərçivəsində Azərbaycanın mədəni irsinin qorunması və təbliği, ölkədaxili turizmin inkişafı, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı, vətənpərvərlik, milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, sülh və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Diyarşünaslıq və turizmi inkişaf etdirmək, yeniyetmə və gənclərdə vətənə, xalqa, milli mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini daha da gücləndirmək, ekoloji tərbiyəni formalaşdırmaq, onları azərbaycançılıq ruhunda tərbiyə etmək, bilik, bacarıq, ağıl və düşünmə qabiliyyətlərini üzə çıxarmaq, asudə vaxtlarını səmərəli keçirmək, turizm ustalıqları aşılamaq və dövlətimizə layiqli vətəndaş kimi yetişdirmək məqsədi ilə reallaşdırılan "Ölkədaxili turizmin inkişafı" layihəsi bir il müddətində - 2012-ci ilin sentyabrından 2013-cü ilin sentyabrınadək həyata keçiriləcək. Layihədə məktəblilər, tələbələr, müəllimlər və valideynlər iştirak edə bilər.

"Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin sədri Cəmilə Abdullayeva, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru Alik Məmmədov, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramil Məmmədov və başqaları çıxışlarında layihənin əhəmiyyəti, qarşıya qoyulmuş məqsəd, layihə çərçivəsində görüləcək işlər, iş planına uyğun olaraq nəzərdə tutulan tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verdilər.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov