Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

"Azərbaycan musiqi məktəbinin layiqli davamçılarından olacağam"

 

"Eşidəndə ki, Bolqarıstanda  gənc musiqiçilərin  "Ümid. İstedadlar. Ustadlar" adlı XVII beynəlxalq müsabiqəsində mən də iştirak edəcəyəm, çox sevindim. Sevindim ki, 23 ölkədən 150 nəfərin  iştirak edəcəyi müsabiqədə  Azərbaycanı mən təmsil edəcəyəm...Və həmin mötəbər yarışmada professorlar Viktor Çuçkov (Bolqarıstan),Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ) ibarət münsiflər heyətinin yekdil qərarı ilə  kiçik və orta qruplarda  "Qran-pri" nominasiyasında  birinci mükafata layiq görüldüm. Beynəlxalq müsabiqədə yüksək mükafata layiq görülməyimlə yanaşı, Almaniyada müasir dövrün  görkəmli musiqiçilərinin ustad dərslərində iştirak etmək imkanı da qazandım", - deyə müsahibim Murad Abbasov  son illərdə ölkəmizdə istedadlı uşaqlara  göstərilən diqqət və qayğını yüksək dəyərləndirdi. Fərəhlə bildirdi ki, ölkə Prezidenti İlham Əliyev cənablarının  müvafiq sərəncamına əsasən adı  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla, Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Qeyd edək ki, Murad Abbasov  1998-ci ildə Bakıda anadan olub. 2004-cü ildə  Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyası orta ixtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası üzrə  Ayişə Əliyevanın sinfinə daxil olub. 2006-cı ildə  "Məktəb-studiya-25" Uşaq musiqi  festivalının laureatı (II yer), 2007-ci ildə  Qara Qarayev adına gənc pianoçuların IV Bakı  musiqi müsabiqəsinin laureatı (II),  2008-ci ildə  Qara Qarayevin anadan olmasının  90 illiyinə həsr olunmuş "Gənc musiqiçilər təhlil və ifa edir" I Respublika  elmi-ifaçılıq müsabiqəsinin qalibi,  2010-cu ildə  Qara Qarayev adına gənc   pianoçuların  I beynəlxalq elmi-ifaçılıq  müsabiqəsinin laureatı adına və I yerə, eyni zamanda P.İ.Çaykovski adına  Moskva Dövlət Konservatoriyasının  medalına  və YUNESKO tərəfindən xüsusi diploma layiq görülüb.

Murad Abbasov Bakıdakı  244 nömrəli tam orta məktəbin  və Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının  orta ixtisas  musiqi məktəb-studiyasının  IX sinif şagirdidir. Təhsil aldığı ilk  günlərdən bilik və bacarığı, istedadı ilə yaşıdlarından fərqlənən Murad  gələcəkdə Azərbaycan  musiqi məktəbinin parlaq davamçılarından biri olacağına söz verib. O, bizimlə söhbət  zamanı  istedadlı gənc yeniyetmələr adından Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə  və onun xanımı, Heydər Əliyev Fondunun  prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşəkkürünü ünvanladı. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov