Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Ənənəvi təlimdən uzaqlaşmağın vaxtıdır

 

 Bunu bizdən yaşadığımız cəmiyyət, qloballaşan dünyamız tələb edir. Amma ənənəvi təlimdən uzaqlaşmaq məsələsi hələ də birmənalı qarşılanmır. Bəziləri ənənəvi təlimdən imtina edildiyinə cox təəssüflə yanaşır, bir qismi ənənəvi təlimin bəzi məqamlarını saxlamağı və fəal təlimdə yeri gəldikcə istifadə etməyi daha məqsədəuyğun hesab edir, əksəriyyət isə haqlı olaraq (təbii ki, fəal təlimdən mütəmadi istifadə edənlər  və bu zaman əldə olunmuş nəticələri təhlil edən, araşdıran  hər kəs) ənənəvi təlimdən tamamilə uzaqlaşmağı daha düzgün hesab edir.

Üçüncülərin fikri, doğrudan da təqdirəlayiqdir!  Zamanında ənənəvi təlim təhsil prosesində doğrudan da yararlı olub və cəmiyyətin təhsil qarşısında qoyduğu tələbləri ödəyib. Amma müasir dünyamızın tələbləri və istəkləri  tamamilə başqadır. Müasir dövrün tələblərini  ödəmək üçün daha bacarıqlı çevik təfəkkürə malik, ozünə yol açmağı bacaran şəxsiyyət tələb olunur. Bu gün məktəbə gələn şagird bilik və bacarıqlarını inkişaf etdirməli və təlim prosesində şəxsiyyət olaraq təzahür etməlidir. Bu fəal təlimin bu gün məktəb qarşısında qoyduğu ən vacib şərtlərdəndir. Bugünkü müəllimin qarşıya qoyduğu bütün məqsədlər bu şərti reallaşdırmağa yönəlməlidir. Bunun üçün də müəllim təlim prosesinə daha cəsarətlə yanaşmalı, özünü müəyyən çərçivədə hiss etməməli, bu prosesdə - mən sadəcə faslitatoram, - deyə imkanlarını məhdudlaşdırmamalı, əksinə, təlim prosesində bütün potensial imkanlarından istifadə edərək yaradıcı bir şəxs kimi təzahür etməlidir. Fəal təlim müəllim qarşısındakı bütün sədləri və çərçivələri götürsə də, bəzi hallarda müəllim şəxsiyyətini arxa plana çəkmək meyilləri də vardır. Əslində isə fəal təlimdə müəllimin təşəbbüskarlığı və fərdi nümunəviliyi, müəllimin problemə yaradıcı yanaşması xüsusi şərt hesab edilir. Müəllim öz təşəbbüs və qənaətlərini şagirdlərin fikir və fəaliyyətləri ilə birləşdirdikdə, tədrisi interaktiv səmtə istiqamətləndirdikdə təlimin səmərəsi daha üstün olar.

Göründüyü kimi, fəal təlim öz üstün keyfiyyətləri ilə təlimdə və tərbiyədə müəyyənləşdirilmiş məqsədi ön plana çəkməklə ənənəvi təlimdən fərqlənir. Fəal təlim məqsədin nəticəyə istiqamətlənən yoluna da işıq saçır. Bu gün fəal təlimin tətbiqi o baxımdan da təqdirəlayiq hesab edilə bilər ki, burada məqsədin qoyuluşu və dəqiqliyi mütləq nəzərə alınır və tədrisdə məqsəd ciddi şəkildə təlimin və tərbiyənin bütün mərhələlərinə yönəldilir. Fəal təlimdə məqsəd elə qoyulmalıdır ki, yüksək nəticənin əldə olunmasına təminat versin və nəticə müvafiq şəkildə qiymətləndirilsin.

Beləliklə, fəal təlim metodlarının təlim və tərbiyəyə tətbiq edilməsi şagirdlərin fərdi qabiliyyətlərinin, idraki inkişaflarının formalaşmasında, onların interaktiv fəaliyyətə alışmasında müstəsna mahiyyət daşıması danılmaz həqiqətdir. Təlim və tərbiyədə fəal təlim metodlarından istifadə  şagirdlərin bir şəxsiyyət kimi özlərini dərk etmələrinə, doğma vətənlərinin layiqli övladları kimi böyümələrinə  imkan verir. 

Yeganə İSGƏNDƏROVA,
Göygöl  rayonu Şəhriyar kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov