Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

AMİ-nin tələbələri arasında şahmat turniri keçirildi

 

 Oktyabrın 6-da Beynəlxalq Müəllimlər Günü münasibəti və gənclərdə şahmat idman növünə marağın artırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun tələbələri arasında şahmat turniri keçirildi. Turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutdu. Yarışda institutun bütün ixtisas və kursları üzrə şahmata həvəsi olan tələbələr iştirak etdilər. Yarışın gedişatı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul işçiləri Samir Kazımov və Salman Əbdülov, institutun tərbiyə işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və ictimai təşkilatların nümayəndələri tərəfindən izlənildi.

Dünyanın ən qədim oyunlarından olan şahmat üzrə 4 saat davam edən turnirin yekununda ilk üç yerin qalibi diplom və dəyərli hədiyyələrlə mükafatlandırıldı. Şahmat turnirinin qalibləri müvafiq olaraq I yer - I kurs tələbəsi Tural Hacıyev, II yer - III kurs tələbəsi İkram Quliyev, III yer - Sənan Cəfərquliyev oldular. 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov