Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olub

 

Oktyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olmuşdur.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Sadik Axmetoviç imzaladılar.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov