Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Müstəqilliyimiz sarsılmazdır, əbədidir

 

Naxçıvan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət  Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bu günün tarixi əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, müstəqilliyin qorunması xalqımız üçün onun əldə edilməsindən qat-qat ağır və çətin oldu. Həmin dövrdə torpaqlarımızın 20 faizi işğal edildi, bir milyondan çox soydaşımız yurd yerlərindən didərgin düşdü. Bütün bunlar azmış kimi hələ ölkədə vətəndaş müharibəsi də alovlanmaqda idi. Belə olduqda xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin  Bakıya siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Xalqın tələbi 1993-cü ilin iyununda son həddə çatdı.  Heydər Əliyev  iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqı düşdüyü bəladan xilas etmək missiyasını üzərinə götürdü.

 Rektor çıxışında onu da diqqətə çatdırdı ki, bu gün ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların demək olar ki, hamısında təmsil olunur. Müstəqillik yolu ilə inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak edən dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev hər addımda milli maraqları və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün səy və bacarığını əsirgəmir.

Sonra humanitar və təsviri incəsənət kafedrasının baş müəllimi Ələkbər Cabbarlının, riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri Rövşən Vəliyevin mövzu ətrafında çıxışları dinlənilmiş, müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndirilmişdir.  

Naxçıvan Müəllimlər  İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov