Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

BDU-nun rektoru "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı"na layiq görülüb

 

 İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı"nın Bakı Dövlət Universitetinin rektoru, akademik  Abel Məhərrəmova verilməsi haqqında qərar qəbul edib. Bu yüksək mükafat akademik Abel Məhərrəmova kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına görə verilib. Sertifikat, qızıl medal və puldan ibarət olan mükafat 20-21 noyabr 2012-ci il tarixlərində Sudanın Xartun şəhərində keçiriləcək  "Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı" çərçivəsində təqdim ediləcək.

"Elm və Texnologiya sahəsində mükafat" İSESKO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis edilib. Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

Qeyd etmək lazımdır ki, İslam Təhsil Elm və Mədəniyyət Təşkilatı  (İSESKO) 1979-cu ildə İslam Konfransı Təşkilatı tərəfindən təsis edilmişdir. Təşkilatın baş qərargahı Rabat (Mərakeş) şəhərində yerləşir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva bu təşkilatın xoşməramlı səfiridir. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov