Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

ADU-da "İspan dili günü" qeyd edildi

 

Oktyabrın 12-də ADU-da universitetin, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin və Bakı Oksford Məktəbinin təşkilatçılığı ilə "İspan dili günü"nə həsr olunmuş tədbir keçirildi.   Tədbirdə  ADU-nun professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.  Qonaqları salamlayan  ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev bildirdi ki, bu cür tədbirlərin universitetdə keçirilməsi ənənə halını alıb.  ADU-da ispan dilinin ötən əsrin 60-cı illərindən tədris olunduğu və bu dilə tələbələrin böyük maraq göstərdiyi  tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Kubanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinteron  çıxışında ADU-da olmaqdan məmnun olduğunu bildirdi.  İspan dilinin zənginliyindən danışan  kubalı diplomat mədəniyyətlərarası dialoqun qurulmasında bu dilin önəmli rol oynadığını vurğuladı.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin rəhbəri Envera Selimoviç  keçirilən tədbirin əhəmiyyətindən  danışdı.   Qeyd etdi ki,  dünyada 20 ölkədən olan 420 milyon insan ispan dilində danışır.

Sonda  ADU-nun tələbələri və Bakı Oksford Məktəbinin şagirdləri ispan dilində şeir söylədilər,  mahnı oxudular və  rəqs etdilər. Eyni zamanda ispan dilində ADU tələbələrinin hazırladığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından səhnəciklər  nümayiş olundu.  Tələbələrin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.    

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov