Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi - Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı islamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümüdür. Əksər müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına kəsilən qurbanlarla Allaha yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Qurban bayramı həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Bu günlər ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı çatan hər bir müsəlman ehtiyacı olanlara könül xoşluğu ilə yardım göstərir.

Əziz həmvətənlər, hörmətli soydaşlar!

Mübarək Qurban bayramı günündə hamınıza Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun! 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov