Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Ali məktəblərdə aparılan elmi tədqiqat işlərinin sayı və maliyyələşmə həcmi artıb

 

Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində elmi tədqiqatların müasir səviyyədə aparılması, məqsədli kompleks elmi proqramların həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir. Məlumat üçün qeyd edək ki, universitetlərdə dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 92 elmi-tədqiqat laboratoriyası və 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Respublika üzrə elmlər doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə doktorlarının 62,9 faizi (5869 nəfər), AMEA-nın 62 nəfər həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır.

Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən ali təhsil müəssisələri tərəfindən 118 elmi və elmi-praktik konfrans, o cümlədən 87 respublika və 31 beynəlxalq səviyyəli konfrans keçirilib.

2010-cu ildən başlayaraq elmin maliyyələşdirilməsinin yeni mexanizmi tətbiq olunur. Qrant üsuluna əsaslanan bu mexanizmi həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılıb. 2010-cu və 2011-ci illərdə bu Fond tərəfindən elan olunmuş qrant müsabiqələrində Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələri tərəfindən təqdim edilmiş layihələrdən 22-sinə qrant verilib. Bundan əlavə, ali məktəblərdə çalışan alimlər 39 beynəlxalq qrant proqramında uğurla iştirak edirlər.

Son illər ali məktəblərin istehsalat müəssisələri ilə əlaqələri daha da genişlənib, təsərrüfat hesablı müqavilələr əsasında aparılan işlərin sayı və maliyyələşmə həcmi artıb. Ötən il ali məktəblərdə 639 elmi problemi əhatə edən 2411 mövzu üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb, onlardan 1853-ü tamamlanıb.

Ali məktəblərdə çalışan alimlərin müəllifliyi ilə 333 monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda proqram və metodik ədəbiyyat nəşr olunub. Xarici jurnallarda alimlərimizin 1850 məqaləsi, beynəlxalq konfransların materiallarında 1114 məruzə tezisi dərc edilib. Ötən il 45 ixtiraya patent, o cümlədən 2 Avrasiya patenti alınıb.

Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali təhsil və elmi tədqiqat müəssisəsində "Təhsil haqqında" Qanuna uyğun olaraq yeni doktoranturalar yaradılıb və 2011-ci ildə həmin doktoranturalara ilk qəbul keçirilib.

Yuxarı sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə  2012-ci il 23-24 fevral tarixlərində ölkəmizdə ilk dəfə olaraq Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində "Sabahın alimləri" Respublika müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri arasından seçilmiş 5 nəfər şagird 2012-ci il 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən Intel ISEF sərgisində iştirak edib. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov