Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Gədəbəydə təhsil işçilərinin zona müşavirəsi keçirilib

 

Oktyabrın 19-da Gədəbəydə Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak edirdilər.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışdı. Misir Mərdanov 6 rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları slaydlar vasitəsilə iştirakçıların nəzərinə çatdırdı. Mövcud problemlərin həlli istiqamətində görüləcək işlərə toxunan təhsil naziri müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə etdi. Şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu qeyd etdi. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan Misir Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirdi.

Müşavirənin sonunda təhsil naziri Misir Mərdanov mövcud problemlərin aradan qaldırılması və qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün daha ciddi çalışmağın zəruriliyini önə çəkdi və bir sıra tapşırıqlar verdi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov