Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Dərsliyimiz-gələcəyimiz

 

2005-ci ildə hazırlanmış və təsdiq edilmiş "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədində göstərilmişdir ki, "Dərslik... şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir".

Bəli, həqiqətən də dərsliklər təhsil sisteminin başlıca amillərindən ən əsasıdır. Dərslik nəinki şagirdlərin təhsili prosesində istiqamətverici amildir, o, müəllimlərin də fəaliyyətinin planlaşdırılmasında ən əsas pedaqoji və metodik vəsaitdir.

Çalışdığım müddət ərzində bir neçə dərslik nümunələri ilə işləməli olmuşam. Deməliyəm ki, bu dərsliklər içərisində zövqümüzcə olanı da olub, nisbətən zəifi də. Lakin bu tədris ilinə nəşr edilmiş və birinci sinif şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri haqqında fikirlərim daha yüksəkdir.

Rəngarəng və gözəl şəkillər mətnləri yaxşı tamamlayır. Hər bir hərfi keçərkən ona uyğun sözlərin hecalarla verilməsi şagirdlərin oxu texnikasının sürətləndirilməsinə kömək edir.

Sözlərdə buraxılmış hecaların nöqtələrlə verilməsi və şagirdlərin bu hecaları düzgün seçib öz yerinə yerləşdirməsi təqdirəlayiqdir. Belə çalışmaların şagirdlərin nəzərinə çatdırılması həm şagird, həm də müəllimlər üçün maraqlı dərs prosesinin keçirilməsinə kömək edir.

Yazı nümunələrinin yerləşdirilməsi şagirdlərin çap hərflərinin yazı nümunəsinə çevrilməsi qabiliyyətinin sürətləndirilməsinə kömək edir.

Səhifə 96-dakı "Tap görüm" şeiri şagirdlərin oxuduqlarını dərk edərək xarici aləmlə uyğunlaşdırılmasına kömək edir. Şəkillər isə bu tapmacanın açmasının tapılmasını daha maraqlı edir.

Səhifə 103-dəki isimlərin böyük hərflə verilməsini tələb edən çalışma şagirdlərin ilk addımlardan dil qaydaları üzrə biliklərə yiyələnməsinə istiqamət verir.

Bu cür çalışmaların növbəti siniflər üzrə dərsliklərdə  də çox yerləşdiriləcəyinə ümid edir və arzulayırıq. Məncə, şagirdlərin bu cür çalışmaları müəllimdən eşitməkdənsə, dərslikdə görüb şəxsən oxuması daha məqsədəuyğundur. "Riyaziyyat" dərsliyi də bir çox dəyişiklikləri ilə nəzərə çarpır. Dərslikdə yenə təbii çalarlı rəsmlər göz oxşayır.

Dərsliyin ədədi ifadələrlə zənginliyi, məsələlərin çoxluğu gələcək dərsliklərin də bu xüsusda nəşr ediləcəyinə ümid doğurur.

Məncə "Riyaziyyat" dərsliklərinin ədədi ifadələrlə, məsələlərlə, tənliklərlə, həndəsi çalışmalarla zəngin olması çox zəruridir.

Gələcəyin məntiqli intellektual şagirdlərini yetişdirmək üçün bu cür dərsliklərə çox ehtiyac duyulur və həmin dərsliklərlə şagirdlərimiz dövlətimizin güclü təhsil siyasəti nəticəsində pulsuz təmin olunurlar. Bunun üçün də valideyn, şagird və müəllim kollektivi adından çox sevinir və təşəkkür edirik.  

Esmira TAĞIYEVA,
Sumqayıt şəhər N. Tusi adına 12 nömrəli  tam orta məktəbin
ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov