Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Peşəsinin vurğunu

 

Gəncə Humanitar Kollecinin tələbəsi olduğum ilk gündən buradakı ab-hava, müəllim-tələbə münasibəti məndə xoş ovqat yaratdı.  Başda direktor Aydın Əliyev olmaqla, kollecimizin bütün əməkdaşları, müəllimlərimiz bizə xüsusi diqqət və qayğı ilə yanaşır, problemlərimizlə maraqlanırdı. Məktəb həyatına yenicə əlvida deyənlər üçün bu, olduqca gözəl nümunə idi. Kollecimizdə özünə hörmət qazanan, müəllim adına şərəf gətirən müəllimlərimiz çoxdur.

Onlardan biri də sənətinə, peşəsinə, şəxsiyyətinə xüsusi hörmət etdiyim Nuridə Əliyevadır. Nuridə xanım kollecimizin sevilən müəllimlərindəndir. Tələbələr arasında isə xüsusi yeri var. 1973-cü ilin may ayında Gəncə şəhərində anadan olan Nuridə xanım 1990-cı ildə 4 nömrəli orta məktəbi bitirib. Ali təhsilini isə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda ibtidai təhsilin metodikası və pedaqogikasi ixtisası üzrə alıb. Artıq 11 ildir ki, Gəncə Humanitar Kollecində çalışır. Tələbələrinə pedaqogika fənninin incəliklərini öyrədir. Kollecin tələbələri Nuridə xanımı ona görə sevir, ona görə hörmət edirlər ki, o, sözün əsl mənasında mütəxəssisdir, pedaqoqdur. Tələbələrə nəzəri biliklər verməklə yanaşı, praktik işə daha çox üstünlük verir. Biz tələbələrin dünyagörüşünün formalaşmasına, həyata baxışımıza, nitqimizə, davranışımıza xüsusi yanaşma nümayiş etdirir, bizə əsl analıq qayğısı göstərir.

O, həm də gözəl anadır, həyat yoldaşıdır. Deyir ki, övladlarım nümunəvi tələbə, şagirddir. İstəyirəm ki, sizi də nümunəvi tələbə kimi görüm.  

Türkan QURBANOVA,
Gəncə Humanitar Kollecinin  dizayn fakültəsinin II kurs tələbəsi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov