Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Dərslər fəal təlim əsasında keçilir

 

Deyirlər ki, işə başlamaq onun yarısını görmək deməkdir. Ötən dərs ilində direktor kimi fəaliyyətə başlayanda məktəb təsərrüfatı demək olar ki, bərbad və dağınıq vəziyyətdə idi.  Davamiyyət və  nizam-intizam olduqca aşağı səviyyəyə düşmüşdü. Əvvəlcə valideyn-müəllim assosiasiyasının fəaliyyətini bərpa etdik.  

Məktəbdəki bütün sinif otaqları təmir olunaraq yararlı hala salındı. Rayon icra hakimiyyətinin və təhsil şöbəsinin köməyi ilə yeni plastik partalar, yazı lövhələri, müxtəlif tədris ləvazimatları alındı.

Dərs ilinin  ilk günlərindən müəllim və şagirdlərin intizam məsuliyyətini artırmaq qayğısına qaldıq. Elə bunun sayəsində şagirdlərin dərsə davamiyyəti yaxşılaşdı, müəllim-şagird münasibətlərinin düzgün qurulmasına, təlim prosesinin keyfiyyətinin yaxşılaşmasına, dərslərin fəal təlim metodları əsasında keçirilməsinə çalışdıq. Birinci yarımilın sonunda bütün fənlər üzrə testlər keçirildi. Məktəbin ictimai həyatında və mədəni-kütləvi tədbirlərdə fərqlənən şagirdlər mükafatlandırıldı.

Tədricən ən müasir tədris üsullarının sinif otaqlarına  gətirilməsinə nail olduq. Buraxılış imtahanlarında şagirdlərin əldə etdiyi uğurlu nəticələr çəkilən zəhmətin hədər getmədiyini göstərdi. Məzunlardan Türkan Babaşlı qəbul imtahanında 510 bal toplayaraq Bakı Slavyan Universitetinə, Yusif Səfərov 362 balla Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olundu.

Yeni dərs ilində məktəbimizdə təhsil alan şagirdlərin hamısı dərsliklərlə təmin olunmuşdur. Artıq bir sıra fənlərdən dərslər İKT-nin tətbiqi ilə keçilir.  Tədrisin keyfiyyətinin yaxşılaşması,  yaradılan şərait məktəbdə şagirdlərin sayının artmasına səbəb olmuşdur. Əvvəlki illərdə birinci sinfə cəmi 10-12 şagird gəlirdisə, yeni tədris ilində 26 şagird məktəbə qədəm qoyub. Ayda bir dəfə hər sinfin və məktəbin divar qəzeti buraxılır. Şagirdlərin mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsini  də diqqət mərkəzində saxlayırıq. Təhsil ocağında oxuyan 146 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 32 müəllimin hər birində işə məsuliyyətli münasibət formalaşıb. Sinif otaqlarında keçilən dərslər kamera vasitəsilə izlənilir. Təhsillə yanaşı, şagirdlərin tanınmış alim, pedaqoq və yazıçılar, dərslik müəllifləri, eləcə də şərəfli döyüş yolu keçmiş Qarabağ müharibəsi veteranları ilə görüşlərini keçirərək onların həm də layiqli vətəndaş kimi böyüməsinə çalışırıq.  

Günel KAZIMOVA,
Füzuli rayon 50 nömrəli  tam orta məktəbin direktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov