Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

İsmayıllıda "Təhsil və təbliğat naminə idman" devizi altında tədbir keçirilib

 

Oktyabrın 15-də Milli Olimpiya Komitəsinin, İdman və Gənclər, Təhsil nazirliklərinin təşkilatçılığı, BMT-nin Uşaq Fondunun (UNİSEF) maliyyə dəstəyi ilə İsmayıllı rayonunun Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2012-ci ilin "İdman ili" elan olunması və Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə "Təhsil  və təbliğat naminə idman" devizi altında tədbirlər keçirilib. İsmayıllı Rayon Gənclər və İdman İdarəsindən aldığımız məlumatda bildirilir ki, tədbiri keçirməkdə əsas məqsəd ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirməklə yanaşı, bu fənnə marağı artırma, uşaqların idman və bədən tərbiyəsi ilə kütləvi şəkildə məşğul olmalarını təmin etməkdən ibarət olub.

Əsl idman bayramına çevrilən tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,  UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard  və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Rəfael Əhmədov iştirak ediblər. Yarışa  rayonun 5 təhsil ocağından 1 və 5 nömrəli şəhər, İvanovka, Hacıhətəmli və Qalacıq kənd tam orta məktəblərindən ümumilikdə 10 müəllim və 50 şagird qatılıb. Rayonun İvanovka kənd tam orta məktəbi I (birinci) yerə layiq görülüb. Qalib komandalara Milli Olimpiya Komitəsinin diplomu və qiymətli hədiyyələri təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov