Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

 "Azərbaycan" İntellektual Oyunlar Klubunun çempionatına start verildi

 

Azərbaycan Universitetində "Azərbaycan" İntellektual Oyunlar Klubunun "Nə?  Harada?  Nə zaman?" üzrə premyer - liqasının birinci dövrəsinin ilk oyunu keçirilmişdir.  Azərbaycan Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, birinci turun oyununa Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Universitetini təmsil edən komandalar qatıldı.

"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti Aydın  Priyev vurğulamışdır ki, gələn həftədən etibarən oyunlara digər universitetlərin komandaları qatılacaq.

Məlumat üçün bildirək ki, Klubun əsas məqsədi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə ölkənin ali təhsil müəssisələri üçün iki dildə müntəzəm çempionatın təşkil edilməsidir. Gələn həftələrdən etibarən bir çox universitetdə sinxron oyunlara start veriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov