Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Yaradıcı tələbələrin əl işlərindən ibarət sərgi maraqla qarşılanıb

 

Bakıdakı Atatürk parkında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə rayon ərazisində yerləşən ali məktəblərin yaradıcı tələbələrinin sərgisi keçirilmişdir.

 Sərgidə Azərbaycan Universitetinin (AU) tələbələri də iştirak etmişlər.  AU-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı sərginin əhəmiyyətindən söz açaraq Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə bu cür silsilə tədbirlərin keçiriləcəyini bildirmişdir. O demişdir: "Nəzərdə tutulmuş tədbirlərin əsas hissəsi gənclərin iştirakı ilə reallaşacaqdır. Gənclərimiz çox fəal və hərtərəfli inkişaf etmişlər. Bunu nəzərə alaraq biz universitetlərdə təhsil alan istedadlı gənclərin sərgisini təşkil etmişik. Sərginin əsas məqsədi bacarıqlı, fəal gəncləri üzə çıxarmaq və onları ictimaiyyətə təqdim etməkdir. Gənclərimizə bu işdə dəstək vermək bizim borcumuzdur. İnanırıq ki, onlar sərgidən məmnun qalacaqlar".

 Azərbaycan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Tibb Universiteti tələbələrinin iştirak etdikləri sərgidə yaradıcı gənclərin rəsm əsərləri və əl işləri nümayiş olunmuşdur. Sərgi çərçivəsində təşkil edilmiş yarmarkada gənclərin əl işlərinin satışı da olmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov