Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

"ABŞ-da təhsil yarmarkası" keçirilib

 

Oktyabrın 28-də Bakıda "Hyatt Regency" otelində "ABŞ-da təhsil yarmarkası" keçirilmişdir.

AzərTAc xəbər verir ki, ABŞ Dövlət Departamenti və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) birgə təşkil etdikləri yarmarkanın açılış mərasimində BTMM-nin direktoru Bahar Hacızadə bildirmişdir ki, burada ABŞ-ın müxtəlif universitetlərinin nümayəndələri öz təhsil müəssisələri, təhsil proqramları barədə məlumatlar verirlər.

İştirakçılar yarmarkada ABŞ-ın 13 universiteti, o cümlədən Troy Universiteti, Pace Universiteti, Auburn Universiteti, John Cabot Universiteti barədə məlumatlar əldə etmiş, müvafiq təhsil proqramları ilə tanış olmuşlar. ABŞ universitetlərinin nümayəndələri yarmarkaya gələnlərin suallarını cavablandırmışlar. Maraqlananlar təhsil müəssisələri barədə bukletlər və digər materiallar da əldə edə bilmişlər.

Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak etmişlər.

ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən BTMM 1997-ci ildən fəaliyyət göstərir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov