Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

ABŞ səfiri Qafqaz Universitetində olub

 

ABŞ-ın ölkəmizdəki səfiri Riçard  Morninqstarla Qafqaz  Universitetində görüş  keçirilib. Səfir öncə Qafqaz  Universitetində  tələbələr  üçün  yaradılmış  şəraitlə, onların  istifadəsinə  verilmiş  laboratoriyalarla yaxından  tanış  olub və buradakı  təhsil  imkanlarından  razı  qaldığını  bildirib. Qafqaz  Universitetinin  rektoru, professor  Ahmet  Saniç  tədbiri  giriş  sözü  ilə açaraq qonağı  bu  ali  təhsil  ocağında  görməkdən  məmnunluğunu  ifadə  edib. Universitet  haqqında  qısa  məlumat  verən rektor ABŞ-ın elmin inkişafına böyük önəm verən  bir  dövlət  olduğunu  və  bu  ölkə  ilə   təhsil  sahəsində  əməkdaşlığın, təcrübə mübadiləsinin əhəmiyyətini  xüsusi  vurğulayıb. Rektor  R.Morninqstarın ölkəmizdəki  diplomatik  fəaliyyəti  dövründə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf  edəcəyinə  ümidvar  olduğunu  bildirib.

Görüşdə  çıxış  edən ABŞ-ın ölkəmizdəki səfiri  Riçard  Morninqstar bildirib  ki, onun bu  vəzifəyə  təyin  olunana  qədər  Azərbaycana  qısamüddətli  səfərləri  çox  olub. Ölkəmizin  bir  çox  bölgələrində  olan səfir  R.Morninqstar  Azərbaycanı  çox  bəyəndiyini  bildirərək  dövlətimiz  haqqında  xoş  fikirlər söyləyib.

Həmçinin  tələbə-müəllim  mübadiləsini nəzərdə tutan təhsil  proqramlarının  daha  da  genişlənməsinin  əhəmiyyətli  olduğunu qeyd edib. Səfir Amerika ilə Azərbaycan  arasında   təhsil  sahəsində  qurulmuş  əlaqələrin   gələcəkdə  də davam  etdiriləcəyinə  əminliyini  vurğulayıb.

Səfir  R.Morninqstar  çıxışının  sonunda  tələbələri  maraqlandıran  suallara  cavab  verib.

Tədbir Qafqaz  Universitetinin  rektoru, professor Ahmet Saniçin ABŞ-ın ölkəmizdəki səfiri Riçard  Morninqstara  xatirə  plaketini  təqdim  etməsi ilə başa çatıb. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov