Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

NDU-da layihə çərçivəsində təlim kursuna start verilib

 

NDU-da Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi  "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində "Torpaqların dövlət ehtiyacları üçün alınması və köçürülmə prosedurlarının izahı" mövzusunda təlim kursuna start verilmişdir.

Universitetin rektoru, akademik İsa Həbibbəyli təlim kursunun rəsmi açılış mərasimində çıxış edərək ölkəmizdə insan amilinə, kadr potensialınıın formalaşmasına və inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır. Rektor muxtar respublikada da belə təlim kurslarının keçirilməsinin müxtəlif dövlət strukturlarında çalışan dövlət məmurlarının modern idarəetmə sahəsində təkmilləşdirilməsi, ən son  idarəetmə tətbiqi baxımından əhəmiyyətindən bəhs etmişdir.

E.S.CONSULTİNG MMC-nin direktoru Rauf Əhmədov layihənin mahiyyəti və kontingenti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi" layihəsi Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış Maliyyələşdirmə Sazişinə əsasən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. 2009-2013-cü illər üçün nəzərdə tutulmuş layihənin İcraçı Agentliyi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi təyin edilmişdir. Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Layihələrin idarəolunması" ixtisası üzrə yeni magistr proqramının təqdimatı keçirilmiş, GRBS Beynəlxalq Tədris Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Beynəlxalq Maliyyə Qurumlarının standartları əsasında Maliyyə İdarəetməsi" təlim kursu təşkil olunmuşdur. Layihə çərçivəsində reallaşdırılan "Torpaqların dövlət ehtiyacları üçün alınması və köçürülmə prosedurlarının izahı" mövzusunda təlim kursunda torpaqların alınması, köçürülməsi və sosial təhlükəsizlik qaydaları və prosedurları üzrə praktik bilik və bacarıqlar aşılanacaq. NDU-da təşkil olunan təlim kursuna  Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Naxçıvan MR Nəqliyyat Nazirliyi və digər dövlət strukturlarında çalışan mütəxəssislər cəlb olunmuşlar. 5 günlük təlim kursunun əsas məqsədi beynəlxalq maliyyə qurumlarının standartları əsasında layihələrin idarə olunması sahəsində bilikləri artırmaq, mütəxəssislərin maliyyə idarəetmə bacarıqlarını inkişaf etdirmək, müvafiq sahə üzrə kadr potensialını gücləndirmək və təşkilatların iş prinsiplərinin təkmilləşdirilməsinə təkan verməkdir. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov