Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş respublika çempionatı

 

Bu günlərdə Biləsuvar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idmanın ensin-karate növü üzrə birinci respublika çempionatı keçirilib.

Biləsuvar Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda qeyd olunur ki, Azərbaycan Ensin-Karate Federasiyasının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə qəhrəmanın adını daşıyan lisey-məktəb kompleksində keçirilən yarışlarda Bakı və Lənkəran şəhərləri, Astara, Salyan, Biləsuvar, Cəbrayıl, İmişli və Beyləqan rayonlarının 70-ə yaxın  yeniyetmə və gənc  idmançısı müxtəlif çəki dərəcələrində qələbə uğrunda mübarizə aparıb.

Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən çempionatın məqsədi gənclərdə ensin-karateyə marağı artırmaq, bu idman növü üzrə dünya və Avropa çempionatlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətini formalaşdırmaqdır.

İki gün davam edən çempionatda Biləsuvar rayonunun komandası birinci, astaralı idmançılar ikinci, salyanlı karateçilər üçüncü yerləri tutublar.

Qaliblərə medallar, diplomlar və kuboklar təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov