Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Noyabr 2012 - №43

 

"Məqsədim Avropa və dünya birincisi olmaqdır"

 

Əlizaman  İldırım oğlu Mehdizadə 1996-cı il fevralın 23-də Bakının Binəqədi rayonunda anadan olub. O, Bakı Sosial  Pedaqoji Kollecinin fiziki tərbiyə fakültəsinin II kurs tələbəsidir. Atası İldırım Mehdizadə idmanın sərbəst güləş növü ilə məşğul olduğundan Əlizamanda da bu idman növünə həvəs yaranıb. Valideynlərinin dəstəyi ilə o, 2008-ci ildən 6 nömrəli Uşaq-Gənclər Güləş İdman Məktəbinə üzv yazılıb. Yunan-Roma güləşinin sirlərini məşqçi-müəllim İmran Qədirovdan öyrənməyə başlayıb. Əlizaman bizimlə görüşündə güləşdə əldə etdiyi uğurları barədə bunları dedi:

-1996-1997-ci il təvəllüdlü yeniyetmələr arasında  Bakı şəhərində keçirilən zona yarışlarında 85 kq çəki dərəcəsində III yerə çıxaraq yarışların final mərhələsinə vəsiqə qazandım, 2011-ci ildə respublika birinciliyində II, 2012-ci ildə "Gəncə" kuboku uğrunda respublka turnirində II,  Bakı şəhər birinciliyində isə III yerə çıxaraq Azərbaycanın görkəmli güləşçisi  R.Məmmədyarovun xatirəsinə həsr olunmuş respublika turnirinə lisenziya qazandım. Həmin turnirdə də möhkəm  taktiki hazırlıq nümayiş etdirərək III yerə çıxdım və yeniyetmələrdən ibarət Azərbaycanın yığma komandasına daxil oldum.  Məqsədim  Avropa, dünya və Olimpiya çempionu olaraq Azərbaycanımızın üçrəngli bayrağını zirvələrə qaldırmaq, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etməkdir.  

Səhifəni hazırladılar: Ədalət DAŞDƏMİRLİ, Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov