Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Dövlət bayrağına sayğı və sevgi ilə

 

Noyabrın 8-də Azərbaycan Müəllimlər İnstitutunda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər keçirildi. Azərbaycan Müəllimlər İnstitutunda bu bayram tədbirləri AMİ-nin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə fərqli şəkildə təşkil olundu. Noyabrın 8-də dərsə gələn tələbələrə Azərbaycan bayrağı paylandı, bu aksiyanın keçirildiyi müddətdə Dövlət himni səsləndirildi. Bununla yanaşı, institutun tələbələrinin Azərbaycan bayrağına həsr olunmuş rəsm, şeir və əl işlərindən ibarət stend də maraqla qarşılandı.

Eyni zamanda institutda Dövlət Bayrağı Gününə həsr olunmuş "dəyirmi masa" da keçirildi. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. İnstitutun Təhsildə innovasiya kabinetinin təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da çıxışlar səsləndirildi. Çıxışlarda qeyd olundu ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli sərəncamına əsasən Bakıda dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı salınıb. Bakıda inşa edilmiş həmin bayraq dirəyi ən hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına daxil olub və bu barədə müvafiq şəhadətnamə ölkəmizə təqdim edilib. Həmin şəhadətnamə Dövlət Bayrağı Muzeyində saxlanılır.

Tədbirdə tələbələrin ifasında bədii kompozisiya təqdim edildi. Dövlət bayrağına həsr olunmuş şeir və mahnılar ifa olundu.  

Azərbaycan Müəllimlər İnstitutunun Tələbə Həmkarlar İttifaqı Komitəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov