Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

SDU-da bayram tədbiri

 

Sumqayıt Dövlət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rektor, professor Nadir Qəhrəmanov çıxış edərək universitetin müəllim və tələbə heyətini, tədbir iştirakçılarını Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik etdi. Rektor bu günün mahiyyətindən bəhs etdi, üçrəngli bayrağın dövlətçiliyimizin və müstəqilliyimizin ən əziz, ən uca atributlarından biri olduğunu bildirdi. Konstitusiya Günü barədə də danışan rektor vurğuladı ki, konstitusiyanın ölkəmizdə əsas hüquqi sənəd kimi formalaşması və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu olmuşdur.

Sonra çıxış edən ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimov Azərbaycanın konstitusiya tarixi barədə məlumat verdi, əsas Qanunun bugünkü cəmiyyətimizdəki rolundan bəhs etdi.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əmirxan İsayev isə Azərbaycan bayrağının keçdiyi tarixi yola nəzər saldı, bu milli atributumuzun formalaşmasının tarixi aspektləri barədə danışdı.

Daha sonra Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti ilə tədbir davam etdi. Tələbələrin hazırladığı səhnələr maraqla qarşılandı.  

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov