Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

Qaliblər mükafatlandırılıb

 

Bu günlərdə  Müslüm Maqomayev adına  Azərbaycan  Dövlət Filarmoniyasında  vokalçıların Bülbül adına  VI beynəlxalq  müsabiqəsinə yekun vurulub. Tədbirdə mədəniyyət və turizm  nazirinin müavini  Ədalət Vəliyev çıxış edərək son vaxtlar  Azərbaycanın möhtəşəm mədəniyyət tədbirlərinə  uğurla  ev sahibliyi  etdiyini, artıq ənənə halı almış müsabiqənin həsr edildiyi Azərbaycanın böyük müğənnisi, milli vokal sənətinin banisi, xalq artisti Bülbülün 115 illik yubileyinin qeyd olunduğunu  vurğulayıb. O, müsabiqənin  gənc istedadların   üzə çıxarılmasına imkan yaratdığını, Bülbülün sənətinin hər zaman yaşayacağını bildirib  və qaliblərə uğurlar arzulayıb. 

Sonra Bülbülün ifasında  "Ölkəm" mahnısı, "Koroğlu" operasından Koroğlunun ariyası səslənib, videokadrlar və musiqili ədəbi kompozisiya  nümayiş olunub.

Beynəlxalq münsiflər heyətinin sədri, Rusiya Federasiyasının xalq artisti, professor  Sergey Leyferkus müsabiqənin təşkil olunmasını yüksək qiymətləndirib, qaliblərin gələcəkdə  böyük konsert salonlarında öz  ifaları ilə insanlara sevinc bəxş etmələrini arzulayıb və onları musiqi bayramı münasibətilə təbrik edib. Müsabiqənin Qran-pri mükafatına türkiyəli Dəniz  Yetim,  I yerə isə Azərbaycandan Yusif Eyvazov layiq görülüb. Müsabiqə iştirakçıları müxtəlif nominasiyalar üzrə diplom və prizlə mükafatlandırılıb. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov