Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

"Peşə təhsili müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması" layihəsi həyata keçirilir

 

 Cari ilin avqustundan "Peşə təhsili müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması" layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılır. Layihənin məqsədi peşə təhsili müəssisələrində oxuyan şagirdlərin məzun olduqdan sonra məşğulluğunun təmin edilməsinə nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində Bakı, Gəncə, İsmayıllı və Qaxdakı 5 peşə təhsili müəssisəsindən seçilmiş 100 nəfər şagirdin məzun olduqdan sonra məşğulluq məsələsinin həllinə dəstək vermək, işlə təmin olunmuş gənclərə hüquqi yardım etmək və iş adamları ilə gənclər arasında əlaqələr qurmaq istiqamətində müvafiq addımlar atılır.

Onu da qeyd edək ki, cari ilin sonunadək seçilmiş peşə təhsili müəssisələrində gələcək məzunlar üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi planlaşdırılıb. Daha sonra isə təlim keçmiş gənclərin biznes strukturları, dövlət, özəl, beynəlxalq təşkilatlar, QHT-lərin iştirakı ilə birgə görüşün təşkil edilməsi nəzərdə tutulub.

Hazırda Bakının 12 və 13 nömrəli peşə liseylərində müvafiq təlimlər keçirilir. Həmçinin 3 nömrəli Gəncə Peşə Liseyi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyində təlimlər təşkil ediləcək.

Qeyd etmək lazımdır ki, layihə 2013-cü ilin yanvar ayında başa çatacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov