Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

9 Noyabr 2012 - №44

 

İntellektual yarışda 20 nömrəli məktəb birincidir

 

 Gənclər və İdman Nazirliyi və "Təbiətin dostları" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən "Bakı məktəblərarası Debat Forumu-2012" layihəsinin bağlanış və mükafatlandırma mərasiminə həsr olunmuş tədbir noyabrın 3-də 20 nömrəli məktəbdə təşkil edildi. Oktyabr və noyabr aylarında keçirilən forumun məqsədi gənclərin "Yaşıl düşüncə" mövzusunda maarifləndirilməsidir. Forum ümumilikdə Bakı şəhərinin 16 orta təhsil müəssisəsini təmsil edən 300 gənci əhatə edib. İştirakçılar öncə "Yaşıl düşüncə" debat təlimlərində, sonra "Velosipeddən istifadə yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsindən daha səmərəlidir" mövzusunda forumun yekun mərhələsində iştirak ediblər.

"Bakı məktəblərarası Debat Forumu - 2012"-də ən yüksək nəticə göstərən Yasamal rayonu 20 nömrəli tam orta məktəbin komandası ilə Nizami rayonu 220 nömrəli təhsil müəssisəsinin yetirmələri finalda forumun qalibini müəyyən etmək üçün yarışıb. Maraqlı və intellektual müzakirələrlə müşayiət olunan final qarşılaşmasında 20 nömrəli tam orta məktəbi təmsil edən komanda forumun kubokunu əldə edərək qızıl medallara sahib çıxıb. Bu məqsədlə təhsil müəssisəsində keçirilən tədbirdə 20 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Sabir Məmişov çıxış etdi. Öncə son dövrlərdə məktəbdə görülən işlər, qazanılan uğurlar və perspektiv planlardan danışdı. Sonra ümummilli lider Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin bütün sahələrə, o cümlədən təhsilə göstərdiyi qayğını xüsusilə diqqətə çəkdi. Qeyd etdi ki, qayğının nəticəsi kimi biz daha məsuliyyətlə çalışmalıyıq ki, beynəlxalq səviyyələrdə də uğurlarımız davam etsin. Sonra Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev çıxış edərək təəssüratlarını iştirakçılarla bölüşdü.

Tədbirin sonunda direktor 7-ci sinif şagirdlərindən ibarət olan qalib komandanın üzvlərinə və xüsusilə onları yetişdirən müəllim Züleyxa Əliyevaya minnətdarlığını bildirdi və onlara diplom və medallar təqdim etdi. 

Fazil İDRİSOĞLU,
foto müəllifindir

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov