Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Həştərxan şəhərinin yuxarı sinif şagirdləri arasında
"Təbiəti mühafizə" mövzusunda inşa yazı müsabiqəsinə başlanılıb

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva sentyabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə RAGT-nin Həştərxan bölməsinin üzvləri ilə görüşmüşdür.

Leyla xanım Əliyeva görüşdə çıxış edərək bildirmişdir ki, RAGT-nin Həştərxan bölməsi ən fəal regional bölmələrdən biridir. RAGT Həştərxanda çoxlu sayda layihə, o cümlədən təhsil sahəsində layihələr həyata keçirir. Leyla xanım Əliyeva çıxışında Həştərxan şəhərinin ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında "Təbiəti mühafizə" mövzusunda müsabiqə keçirilməsini təklif etmişdir.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyasının başlandığını, ötən dövr ərzində bu kampaniya çərçivəsində çoxlu maraqlı layihələrin həyata keçirildiyini, təxminən 60 min ağac əkildiyini, konfranslar, seminarlar təşkil edildiyini diqqətə çatdırmışdır. O, həmçinin bildirmişdir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ətraf mühitin mühafizəsinə dair IDEA layihəsini Həştərxan şəhərində həyata keçirməyi planlaşdırır.

Leyla xanım Əliyevanın Həştərxan məktəbliləri arasında "Təbiəti mühafizə" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi təklifi qubernator tərəfindən razılıqla qarşılanmışdır.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Həştərxan Vilayət Administrasiyasının birgə təşkilatçılığı ilə artıq Həştərxan şəhər məktəblərinin IX, X və XI sinif şagirdləri arasında "Təbiəti mühafizə" mövzusunda inşa yazı müsabiqəsinə başlanılmışdır.

Noyabr-dekabr aylarını əhatə edəcək müsabiqəyə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yekun vurulacaqdır.

Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov