Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Yaponiyalı alim Bakı Dövlət Universitetində mühazirə oxuyub

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokio Universitetinin mədəniyyət antropologiyası üzrə fəxri professoru Takeo Funabikini qəbul edib. BDU haqqında qonaqlara məlumat verən rektor, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb. Görüşdə BDU ilə Yaponiya universitetlərinin əməkdaşlığından, yapon dilinin tədrisi məsələlərindən danışılıb. Eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edilib. Qonaq universitetdə yapon dilinin tədrisindən razı qaldığını bildirib. Görüşdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe iştirak edib.  

Qonaqlar BDU-nun Nanotexnologiya laboratoriyasında və digər elmi mərkəzlərində olublar. Sonra yaponiyalı professor universitet tələbələri qarşısında "Yenə də anlaşılmaz yaponlar? - Onlar Böyük Zəlzələ vaxtı və ondan sonra nə cür hərəkət edirlər?" mövzusunda mühazirə ilə çıxış edib.   

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov