Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Bağça-Məktəb-Lisey Kompleksində bayram tədbiri

 

Bakıdakı Bağça-Məktəb-Lisey Kompleksində Dövlət bayrağı və 12 noyabr - Konstitusiya Günü münasibəti ilə keçirilən tədbir Dövlət himninin səslənməsi və üçrəngli Dövlət bayrağının "Koroğlu" operasından uvertüranın sədaları altında təntənəli şəkildə  səhnəyə gətirilməsilə başladı.

Təhsil ocağının direktoru Qafar Hüseynov qonaqları, müəllimləri və şagirdləri bu iki bayram münasibətilə təbrik etdi. O, Dövlət bayrağı və Konstitusiya günlərinin  yaranma tarixləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.  Qeyd edildi ki, Dövlət bayrağımız möhtəşəmliyi və ucalığı  ilə Ginnesin rekordlar kitabına düşüb. Hər bir azərbaycanlının borcudur ki, ümummilli liderimizin azərbaycançılıq - vətənpərvərlik ideyalarına sadiq qalsın, bayrağımızın şərəfini hər yerdə qorusun, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasına nail olsun.

Tədbirdə çıxış edən qonaqlar hər iki bayram münasibətilə xalqımızı təbrik edərək, doğma Azərbaycanımıza əbədi müstəqillik və işıqlı gələcək arzuladılar. Qeyd etdilər ki, gələcəyimiz sayılan məktəblilər tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz  haqqında həmişə məlumatlı olmalıdırlar.

Şagirdlər "Heydər babamız" mahnısını həvəslə qonaqlara təqdim etdilər, tədbir onların ifasında bayraq və Konstitusiyaya aid şeirlərlə, mahnılarla başa çatdı.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov