Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Fəal təlim zamanın tələbidir

 

Elmin, texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə ənənəvi üsullardan əl çəkmək, yeni fəal təlim metodlarından istifadə etmək müəllimdən yüksək hazırlıq, cəsarət tələb edir.

Fəal təlimin ənənəvi tədrisdən əsas fərqi onun şəxsiyyətyönümlü olmasıdır. Hər bir müəllim çalışmalıdır ki, qarşısında əyləşən şagirdi sağlam düşüncəli, yüksək intellektual səviyyəli şəxsiyyət kimi yetişdirsin. Fəal təlimdən  fərqli olaraq ənənəvi tədrisdə şagird yalnız dərslikdəki mövzuları öyrənməklə kifayətlənirdi. Əlavə məlumatlardan az istifadə olunurdu. İnteqrativlik əsas prinsip kimi qəbul olunmurdu. Yəni ənənəvi tədris bilikyönümlü, müəllimyönümlü, fənyönümlü, təklifyönümlü xarakter daşıyırdı. Bəlkə elə buna görə idi ki, dərsə maraq azalır, sinifdə yaxşı oxuyan və zəif oxuyan şagirdlər tez nəzərə çarpırdı. Belə hallar sinfin psixoloji durumuna da böyük təsir göstərirdi. Yəni sinifdə yaxşı oxuyan şagirdlər zəif oxuyan şagirdlərlə az ünsiyyət qururdular.

Bu isə zəif şagirdlərdə özünəqapanma hallarına gətirib çıxarırdı. Onlar öz fikirlərini belə ifadə etməyə çəkinirdilər.

İndi fəal, interaktiv təlim metodlarından istifadə etməklə şagirdlərin təhsilə olan marağının artdığını görürük. Yeni təlim texnologiyalarından istifadə şagirdin biliklə birgə fəaliyyətinin də inkişafını artırır. Onlar sərbəst şəkildə İKT-dən istifadə edir, verilən mövzuyla bağlı əlavə məlumatlar toplaya bilirlər. Ən əsası şagirdlər təlim prosesində fəal iştirak edir, sərbəst fikir söyləyə bilirlər, onlarda özünə inam artır.

Artıq bir neçə ildir ki, dərslərimi  fəal, interaktiv təlim metodlarından  istifadə etməklə qururam. Mənə elə gəlir ki, bu heç də pis alınmır. Xüsusən də ədəbiyyat dərslərində fəal təlimdən alınan nəticələr yüksək olur. Məsələn, N.Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı dərslərimdə əvvəlcədən hazırladığım slaydlardan, video və audio fayllardan istifadə edirəm. Şairin yaradıcılığına geniş nəzər saldıqdan şonra qəzəllərinə bəstələnən musiqiləri dinləyirik, "Nizami" filmindən bir hissəyə baxırıq. 

Video və audiofayllardan istifadənin şagirdlərin dərsə diqqətini cəlb etməkdə rolu əvəzsizdir. Burada məşhur Çin deyimi yada düşür: "Mənə de, mən yaddan çıxarım. Mənə göstər, mən yadda saxlayım. Məni cəlb et, mən öyrənim".

Sevindirici haldır ki, artıq bu sahədə metodik vəsaitlər çap olunur, yeni təlim metodlarından istifadə etməklə keçilən dərs nümunələri mətbuatda işıqlandırılır.

Fəal dərsə, yeni təlim metodlarına dair məqalələri və dərs nümunələrini tədris jurnalları və qəzet səhifələrindən oxuyur, bunlardan istifadə etməklə təlimin səmərəsini artırmağa çalışıram. 

İlahə RƏHİMOVA,
Lənkəran rayonundakı Vilvan kənd orta məktəbinin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov