Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Məzunlar 42 ildən sonra görüşdülər

 

31 may  1970-ci il... Orta məktəb illəri ilə  vida günü, vida tarixi... Həyatın kəşməkəşli yolları hərəni bir səmtlə rastlaşdırdı. Kim  ağlına gətirə bilərdi ki, qoynunda göz açıb boya-başa çatdığı yurdundan, yuvasından, elindən, obasından, doğma evindən bir gün didərgin düşəcək? Nə biləydik ki, doğma məktəb illərinin ayrılığı məcburi köçkünlük illərinə qarışacaq, hərə bir yerdə məskunlaşacaq. Amma bəzən ağla gəlməyən başa gəlir. Bu günlərdə uzunmüddətli ayrılıqdan  sonra sinif halında birləşmək vüsalı taleyimizə qismət oldu. Sinif  yoldaşlarımızın  bəziləri ilə rastlaşsaq da çoxları ilə rastlaşa bilməmişdik. Bir-birimizi tanımaqda hələ çətinlik də çəkdik. Aramızdan gedənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi...

...Hamının dodaqlarında gülüş, çöhrələrində təbəssüm vardı həmin gün. 42 il bundan əvvəl olduğu kimi. Bu görüş həqiqətən, bizi o illərlə calaşdırmışdı. Hərə öz parta yoldaşı ilə əyləşmişdi. Nənə, baba olduğumuz unuduldu, məhz o anlar - şən və qayğıkeş məktəb illəri yaşında idik həmin gün... O illərdən xatirələr söylənildi, yaddaşlara həkk olunmuş şagird şıltaqlıqları yada salındı, müəllimlərimizin hamısı bir-bir  öz xarakterləri ilə anıldı. Ən əziz, ən xoşbəxt günlərimizdən biri idi həmin gün... Sankı gözəl Cəbrayılımızda, M.Qorki (o vaxt məktəbimiz belə  adlandırılırdı) adına orta məktəbimizdə, hər küncü- bucağı  yaddaşımızdan heç vaxt silinməyən, yuxularımızda xatırlanan  sinif otağımızda, buz kimi büllur sulu "Çinar" kəhrizimizdə idik həmin gün... Bizə xoş təəssürat bağışlayan, həsrətləri qovub vüsalları qovuşduran bu görüşün təşəbbüskarlarına, sinif  yoldaşlarımız Rauf İsmayılova və Fuad Şəhriyaroğluna öz dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edib sinif yoldaşlarımızdan Solmaz Süleymanovanı "Əməkdar müəllim" fəxri adı alması və  Nailə Babayeva və Rauf İsmayılovun isə "Tərəqqi" medalı ilə təltif olunmaları münasibətilə  təbrik edir, onlara daha yeni uğurlar diləyirik. 

Validə SEYDƏLİYEVA,
Abşeron rayonu Hökməli qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov