Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Məktəblilər "Dolu" filmini maraqla izlədilər

 

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Akt  zalında Qarabağ müharibəsindən bəhs edən və tanınmış ziyalı, Milli Məclisin deputatı, jurnalist və yazıçı Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilmiş "Dolu" filmi nümayiş etdirildi. Məktəb-lisey kompleksi pedaqoji kollektivinin, Şagird parlamentinin, universitetin filologiya və jurnalistika fakültələri tələbələrinin xahişi ilə baş tutan nümayişə ssenarinin müəllifi, filmin direktoru, aparıcı rolların ifaçıları, yaradıcı heyətin digər üzvləri  iştirak ediblər.

Nümayişdən öncə film haqqında, bu cür sənət nümunələrinin müasir Azərbaycan tamaşaçısı üçün vacibliyi barədə danışan BSU-nun professoru, Məktəb-lisey kompleksinin direktoru Telman Cəfərov yaradıcı heyətin məktəbə gəlişinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı, qonaqlara minnətdarlığını bildirdi.

Yazıçı Aqil Abbas, filmin direktoru Elxan Əliyev, baş rollardan birinin ifaçısı Məmməd Səfa çıxış edərək film haqqında dolğun təsəvvür yaratmağa çalışdılar. Film nümayiş etdirildikdən sonra gənclər yaradıcı heyət üzvləri ilə xatirə şəkli çəkdirdilər. Yazıçı Aqil Abbas öz kitablarını tələbə və şagirdlərə, məktəb kitabxanasına hədiyyə etdi.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov