Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Məktəbdə yazıçı ilə görüş

 

Noyabrın 3-də  Bakıdakı 190 nömrəli tam orta məktəbdə  yazıçı-dramaturq, Milli Məclisin deputatı  Hüseynbala Mirələmovla  görüş keçirildi. Tədbiri giriş sözü ilə  məktəbin direktoru Afət Bakıxanova  açaraq  qonaqları salamladı. Məktəbin direktor müavini Qənirə Əmircanova Hüseynbala Mirələmovun yaradıcılığı barədə ətraflı danışdı.

Tədbirdə akademik Ziyad Səmədzadə çıxış edərək görüşün əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Hüseynbala Mirələmov müasir Azərbaycan incilərini bilən yazıçıdır. Onun yaradıcılığı özünəməxsus xüsusiyyətləri  ilə  fərqlənir.

Milli Məclisin deputatı Hadı Rəcəbli yazıçı-dramaturq Hüseynbala Mirələmovla bir sinifdə oxumalarından, hələ o vaxt orta məktəbdə oxuyarkən yaradıcılıqla məşğul olmasından söz açdı. Bildirdi ki, Hüseynbala Mirələmov yazıçı-dramaturq olmaqla bərabər, həm də millət vəkilidir. Bu gün onun  dövlət  məmuru kimi geniş bir iş aparması heç də yazıçının yaradıcılığına mane olmur, əksinə, yeni əsərlər üzərində həvəslə işləyir.

Təbbirdə  professorlardan Nizami Cəfərov, Hüseyn Əsgərov, Nizaməddin Şəmsizadə, Əjdər Ağayev,  xalq artisti Nurəddin Mehdixanlı və başqaları yazıçı-dramaturq Hüseynbala Mirələmovun əsərləri barəsində öz ürək sözlərini söylədilər.

Yazıçının əsərlərindən    ibarət ədəbi kompozisiya göstərildi,  şagirdlər şeir söylədi və rəqs etdilər.

Sonda Hüseynbala Mirələmov şagirdləri və qonaqları maraqlandıran suallara cavab verərək  görüşü təşkil edən şəxslərə öz minnətdarlığını bildirdi.

Tədbir diskussiya şəklində başa çatdı. 

Şakir CƏFƏROV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov