Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Yeniyetmə tarzənin böyük uğurları

 

1998-ci ildə Bakıda anadan olan Əli Məlikov  2007-ci ildə  R.Behbudov adına  2 nömrəli musiqi məktəbinin tar ixtisası üzrə  I sinfinə qəbul olunub. İlk günlərdən çalışqanlığı və  istedadı ilə  seçilib.  Çox keçməyib ki,  məktəb, rayon, ümumşəhər tədbirlərində çıxış edib. Müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına  Mahnı teatrında, Kirxa konsert  zalında solo çıxışları maraqla qarşılanıb. 2009-cu ildə  məktəbin Azərbaycan  Dövlət Filarmoniyasında keçirdiyi konsertdə də   Əli əsl bacarıq və istedad  nümayiş etdirib. 2010-cu ilin mayında  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan  Respublikasının xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə  keçirilən  ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan konsertdə III sinif şagirdi  Əli Məlikov  Y.Bramsın "Macar  rəqsi" əsərini məharətlə ifa edib.  Xalq çalğı alətləri üzrə  II respublika müsabiqəsi qaliblərinin yekun konsertində  o, uğurla çıxış edərək  I dərəcəli diploma layiq görülüb. 2012-ci ilin aprelində  Beynəlxalq Muğam Mərkəzində  xalq artisti Bülbülün 115 illik yubileyinə həsr olunan festivalın yekun konsertində  uğurla çıxış edən Əli diplom və medal qazanaraq müəllimlərinə, valideynlərinə  böyük sevinc  bəxş edib. Qeyd edək ki, Əli Məlikov hazırda  Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvüdür. O, Bakıdakı  7 nömrəli  tam  orta məktəbin  və R.Behbudov  adına  2 nömrəli Onbirillik  Musiqi Məktəbinin VIII sinif şagirdidir.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidentinin 24  sentyabr 2012-ci il tarixli fərmanı  ilə Əli Məlikovun  adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla  o, Azərbaycan  Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Bu münasibətlə  biz də yeniyetmə tarzəni  ürəkdən təbrik edir, milli musiqimizin gələcəkdə inkişafına töhfələr verəcəyinə əminliyimizi ifadə edirik.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov