Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Çempionlar hazırlayan idman məktəbi

 

Ölkəmizin qabaqcıl idman müəssisələrindən biri 1989-cu ildə yaradılmış Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir. Məktəbdə yeddi idman növü -ağır atletika, yunan-Roma və  sərbəst güləş, boks, cüdo, stolüstü tennis və üzgüçülük bölmələri fəaliyyət göstərir. Bölmələr üzrə 150 tədris qrupunda  1430 nəfər məktəblinin təlim-məşq prosesi ilə 88 nəfər ixtisaslı məşqçi-müəllim məşğul olur.

Müxtəlif illərdə məktəbin yetirmələri beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmişlər. Məktəbin boks bölməsinin yetirməsi  Ədalət Məmmədov 1996-cı ildə  Atlantada keçirilən 26-cı Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış və müvəffəqiyyətlə çıxış edərək 5-ci yerə çıxmışdır. Yunan-Roma güləşi üzrə məktəbin yetirməsi Natiq Eyvazov 1993 və 1994-cü illərdə dünya çempionatında 2-ci yeri, 1998-ci ildə 3-cü yeri tutmuş, 2003-cü ildə isə  Avropa çempionu olmuşdur. O, həmçinin 1996-cı ildə İstanbulda və Tehranda keçirilən beynəlxalq turnirlərdə qızıl medal qazanmış və 26-cı Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmişdir. 2000-ci ildə Sidneydə keçirilən 27-ci Yay Olimpiya Oyunlarına məktəbin 6 yetirməsi vəsiqə qazanmış və iştirak etmişdir. Digər idmançılardan ağır atlet Nizami Paşayev 1997-ci ildə Avropa çempionatında qızıl medal, 1998, 1999 və 2000-ci illərdə  dünya çempionatında qızıl medal qazanmış və bir neçə yay olimpiya oyunlarının iştirakçısı olmuşdur. Digər ağır atletlərdən Əfqan Bayramov 1997-ci ildə Avropa birinciliyində, Turan Mirzəyev isə 1990-cı ildə Avropa kuboku yarışlarında qızıl medal qazanmışlar. Məktəbin boksçularından Fərhad Acalov 1997 və 1998-ci illərdə Avropa  birinciliyində, 2000-ci ildə isə dünya birinciliyində qızıl medal, Aslan Bayramov  2001-ci ildə dünya birinciliyinin qalibi, Emil Məhərrəmov, Elnur Qədirov, Zaur Teymurov isə gümüş mükafatçısı olmuşdur. Ümumiyyətlə, idman növləri üzrə milli yığma komandaların üzvlərinin bir çoxu məhz bu məktəbin yetirmələridir.

2012-ci ildə də məktəbin yetirmələri müxtəlif yaş qrupları üzrə Bakı və respublika, eləcə də Avropa və dünya birinçilik və çempionatlarında yüksək nəticələr göstərərək, ümumilikdə 182 qızıl, 147 gümüş, 199 ədəd isə bürünc medal qazanmışlar.

Bundan başqa, il ərzində məktəb üzrə 56 idman ustalığına namizəd, 92 nəfər 1-ci dərəcəli, 146 nəfər isə kütləvi dərəcəli idmançılar hazırlanmışdır.

Ağır atletika bölməsinin üzvü, dəfələrlə respublika çempionu və beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş Əfqan Bayramov aprel ayında Türkiyədə keçirilən Avropa çempionatında 69 kq çəki dərəcəsində birinci yeri tutmuşdur. Son illərdə göstərdiyi nəticələrə görə o, Londonda keçirilən 30-cu Yay Olimpiya Oyunlarına lisenziya qazanmış və iştirak etmişdir.

Mart ayında Macarıstanda keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə məktəbin yetirmələri Sənan Süleymanov 42 kq çəki dərəcəsində, Şəmistan Quluzadə isə 69 kq çəki dərəcəsində II yerə layiq görülmüşlər. Məktəbin məşqçi-müəllimi Tariyel Məmmədov isə sentyabr ayında həmin ölkədə keçirilən veteranlar arasında dünya çempionatında çıxış etmiş və gümüş medal qazanmışdır.

Sərbəst güləşçilərdən Vurğun Əliyev yanvar ayında Bakıda keçirilən M.İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq turnirdə 46 kq çəki dərəcəsində I yeri, Sənan Hüseynəliyev isə 42 kq çəki dərəcəsində V yerə layiq görülmüşlər.

Üzgüçülük bölməsinin idmançıları Oksana Hətəmxanova və Yevgeniy Lazuqa dəfələrlə respublika çempionu, bir neçə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş,  Londonda keçirilən 30-cu Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq  orada çıxış etmişlər.

Məktəbin ağır atletika üzrə baş məşqçisi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov Londonda keçirilən 30-cu Yay Olimpiya Oyunlarına hakim, boks üzrə məşqçi-müəllim Nəriman Abdullayev və üzgüçülük üzrə məşqçi-müəllim Vaqif Nəsibov isə milli yığma komandanın məşqçisi kimi olimpiya oyunlarında iştirak etmişlər.

Məktəbdə mütəmadi olaraq idman növləri üzrə birincilik və çempionatlar, eləcə də digər kütləvi idman tədbirləri keçirilir.

Nəticələrinə görə məktəb bir neçə dəfə Təhsil Nazirliyi tərəfindən keçirilən  "İlin ən yaxşı idman məktəbi" nominasiyasının qalibi və mükafatçısı olmuşdur.   

İbrahim MƏMMƏDOV,
"Təhsil" RİM-in direktor müavini,
əməkdar bədən tərbiyəsi və idman xadimi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov