Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib

 

 Azərbaycan Tibb Universitetinin idman zalında 2001-ci il təvəllüdlü və kiçikyaşlı oğlan və qızlar arasında Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilmişdir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirmişlər ki, yarışda paytaxt idmançıları ilə yanaşı Sumqayıt, Şabran, Şirvan, Şəki və Qaxdan olan tennisçilər də  qüvvələrini sınamışlar.

Şəxsi xarakter daşıyan yarışlarda oğlanlar arasında Bakı Tennis Məktəbinin təmsilçisi Sadıq Sadıqov birinci, Şabran idmançıları Nihad Məmmədov və Sənan Aslanov ikinci və üçüncü yerlərə sahib olmuşlar. Xanım tennisçilərin yarışlarında isə Bakı Tennis Məktəbinin yetirməsi Nəzakət Qarayeva bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Şəki idmançısı Nəzrin Qafarova və  Bakı Tennis Məktəbinin tennisçisi Fatimə Məmmədli müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.

Turnirin mükafatçıları Stolüstü Tennis Federasiyası tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov