Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Ölkənin 32 ümumtəhsil məktəbində elektron jurnallardan istifadə olunur

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata görə, hazırda Azərbaycanın 32 ümumtəhsil məktəbində elektron jurnallardan istifadə olunur. Elektron jurnallardan istifadə edən məktəblər  "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminın informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron məktəb" layihəsinın iştirakçılarıdır. Layihəyə daxil olan məktəblər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, İsmayıllı, Quba və Ağdaş şəhərlərində yerləşir. Ümumilikdə "Elektron məktəb" layihəsində 39 təhsil müəssisəsi iştirak edir.

2012-2013-cü tədris ilində Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 20 məktəbdə tam olaraq kağız jurnallardan istifadəyə son qoyulmuşdur və bu məktəblərdə yalnız  elektron jurnallar tətbiq olunur. 12 məktəbdə isə müvəqqəti olaraq elektron jurnallarla yanaşı,  kağız jurnallardan da istifadə olunur. 

Azərbaycanda ilk dəfə tam olaraq elektron jurnallara keçid 2011-2012-ci tədris ilində Bakı Avropa Liseyi və akademik Zərifə Əliyeva adına liseydə tətbiq edilmişdir.

Elekton jurnallardan istifadə edən məktəblərin sırasına bu il əlavə olaraq daha 11 məktəbin cəlb olunması nəzərdə tutulub. Yaxın illər ərzində isə əksər ümumtəhsil  müəssisələrində elektron jurnal tətbiq ediləcəkdir.  

H.ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov