Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Bakıda növbəti təhsil sərgisi

 

Bu günlərdə  Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçirildi. Hazırda dünyanın bir sıra ölkələrində gənclər təhsillərini xaricdə davam etdirməyə can atırlar. Təhsil almaq məqsədilə başqa ölkələrə getmək istəyənlər yetərli məlumatları olmadığı üçün bir sıra məsələlərlə bağlı müxtəlif problemlərlə üzləşirlər. Məhz bu səbəbdən gənclərin təhsil almaq istədikləri ölkə, onun təhsil sistemi, yaşayış şərtləri və s. haqqında ətraflı məlumata malik olmaları çox önəmlidir.

Türkiyənin ən böyük şirkətlərindən olan İEFT (İnternational Education Fairs of Turkey) ildə 2 dəfə təhsil sərgisi təşkil edir. Hər sərgidə dünyanın ayrı-ayrı ölkələrindən 150-yə yaxın universitet, kollec və dil kursu iştirak edir. Onların arasında dünyanın ən nüfuzlu, yüksək reytinqə malik universitetləri də olur. Sərgiyə gələn şagirdlər, məzunlar və tələbələr verilən dəqiq və ətraflı məlumatlara əsasən öz istəklərinə uyğun ali məktəbi asanlıqla seçə bilirlər. Bakıda İEFT-in təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq təhsil sərgisində dünyanın 25 ölkəsinin, o cümlədən Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Kanada, Almaniya, Böyük Britaniya, İsveçrə, Litva və digər dövlətlərin 70-dən çox nüfuzlu universiteti iştirak etdi.

Sərgidə iştirak edən təhsil müəssisələri və qurumlarının təmsilçiləri, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri öz ölkələrinin təhsil sistemi, dil kursları, universitetə hazırlıq, MBA, magistratura, doktorantura, yay məktəbi, pulsuz təhsil almaq imkanı yaradan proqramlar və s. məsələlərlə bağlı ətraflı məlumat verdilər. Tədbir çərçivəsində "Şimali Kiprdə təhsil", "ABŞ-da təhsil", "Böyük Britaniyada təhsil", "Britaniya Şurasına İELTS və digər imtahanlar", "Litvada təhsil" mövzularında seminarlar da keçirildi. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov