Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

İsrailin ölkəmizdəki səfiri Azərbaycan Dillər Universitetində olub

 

Bu günlərdə İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovla görüşmüşdür.

S.Seyidov qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, qazandığı uğurlar barəsində məlumat vermişdir.

ADU-da bir sıra dil mərkəzlərinin yaradıldığını bildirən rektor universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin də fəaliyyət göstərdiyini, onun İsrail və Azərbaycan arasında əlaqələrin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında böyük rolunu qeyd etmişdir. O, universitetdə ivrit dilinin öyrənilməsinin, tədrisinin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Rektor ADU-da ivrit dili ilə yanaşı, Yaxın Şərq ölkələrinin də dillərinin, siyasi durumunun, coğrafiyasının, tarixinin tədris olunduğunu vurğulamışdır.

İsrail Prezidenti Şimon Peres və xarici işlər naziri Avigdor Libermanın ADU-ya səfərlərini xatırladan S.Seyidov bunun universitetin həyatında əlamətdar hadisə olduğunu bildirmişdir. Rektor universitetdə təhsil sahəsində münasibətlərə xüsusi əhəmiyyət verildiyini, İsrail səfirliyinin ADU ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır.

R.Harpaz ADU ilə tanışlıqdan məmnunluğunu bildirmiş, səmimi görüşə görə təşəkkür etmişdir. Diplomat səfirliklə universitetin əməkdaşlığını yüksək qiymətləndirmiş, tələbələr üçün təhsil proqramları çərçivəsində əlaqələrin inkişafından danışmışdır.

Görüşdə, həmçinin tələbə-müəllim mübadiləsi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 Sonra səfir universitetdəki İsrail mərkəzində olmuşdur. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov