Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Ali təhsil ocağının nümayəndə heyəti Kars Qafqaz Universitetində

 

Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin bir qrupu Türkiyə Respublikasının Kars Qafqaz Universitetində olub. Səfər zamanı institutun rektoru, professor Oruc Həsənli  çıxışında bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutu ölkəmizin inkişafına, dövlətçiliyimizin qorunub saxlanılmasına, ona sədaqətlə qulluq edəcək, ixtisaslarına layiqincə yiyələnəcək, xalqına, millətinə daim ürəkdən bağlı olacaq  vətənpərvər mütəxəssislər yetişdirməyi özünün təməl prinsipləri  hesab edir. 

 Bunun üçün daim çalışır, müasirləşən dünyada yeni tədris proqramlarından, təlim-tərbiyə prinsiplərindən  istifadə edir. Qeyd edək ki, səfər zamanı tədrisdə və işgüzar münasibətlərin qurulmasında qarşılıqlı maraqlara əsaslanan on üç maddədən ibarət protokol imzalanmışdır. Protokolda iki qardaş ölkəni təmsil edən ali təhsil ocaqları arasında əməkdaşlığın geniş istiqamətləri öz əksini tapmışdır.

Məlumat üçün deyək ki, imzalanmış protokola əsasən Naxçıvan Müəllimlər İnstitutu ilə Kars Qafqaz Universiteti müəllim, tələbə, nəşr materialları, təhsil standartları üzrə məlumatların mübadiləsi, tədrisin planlaşdırılması və strateji inkişaf məsələlərində məsləhətləşmələr, yüksək peşə təhsilinin qurulmasına yardım sahələrində yaxından əməkdaşlıq edəcəkdir. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov