Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Yeni təlim strategiyası, yeni dərslik və dərs vəsaitləri

 

2008-ci ildən başlayaraq ümumtəhsil məktəblərinin ibtidai siniflərində tətbiq olunan yeni təlim forma və üsulları artıq 2012-2013-cü dərs ilindən V siniflərdə də tətbiq olunmağa başlanmışdır.   Bu məqsədlə ölkəmizin bütün bölgələrində V siniflərdə dərs deyəcək müəllimlər 10 günlük təlimlərdən keçərək yeni təlim metod və üsullarına yiyələnməklə bu sahədə öz biliklərini artırmış oldular. Bununla bərabər, müəllimlərimizi düşündürən vacib məqamlardan biri də yeni təlim strategiyasına əsaslanan dərsliklərin necə tərtib olunacağı idi.  

Qısa bir  müddət ərzində V sinif üzrə bütün dərsliklər hazrlanaraq müəllim və şagirdlərə çatdırıldı.

Yeni dərsliklərlə əlaqədar olaraq Olsonnun bir fikrini qeyd etmək istərdim: "Müəllimlər və kurikulumu yaradanlar fənnin məzmununu nəzərəçarpacaq dərəcədə azaltmalı, şagirdlərə fikirləşmələri üçün şərait yaratmalıdırlar". Bu baxımdan yeni hazırlanmış dərsliklərlə keçmiş dərsliklər arasında çox fərqlər vardır. Keçmiş dərsliklərdə nəzəri materiallara çox yer verilirdi, lakin yeni dərsliklərdə bu, nəzərəçarpacaq dərəcədə azaldılmışdır.

Yeni dərsliklər dərsliyə verilən tələblərə demək olar ki, tam cavab verir. Yəni, düzgünlük, təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli faktların olmaması, əyanilik, müasirlik, tamlıq, ardıcıllıq, dizayn, yaş səviyyəsinə uyğunluq və s.

Material baxımından da V sinif üzrə riyaziyyat dərsliyində təlim standartları gözlənilməklə bərabər, əvvəlki dərsliyə nisbətən əlavələr edilmişdir. Məsələn, I fəslə say sistemləri, II fəslə sadə və mürəkkəb ədədlər, kəsrlərin ixtisarı, müəyyən bölünmə əlamətləri, V fəslə ədədlər cütü (koordinat cütü).  VI fəsil isə tamamilə yeni fəsildir. Ən xoşagələn cəhət, fikrimcə, VII fəslin ayrılıqda verilməsidir. Əvvəllər də dərslikdə həyatla bağlı çalışma və tapşırıqlara rast gəlirdik, lakin onların bir bölmə daxilində verilməsi şagirdlərdə riyaziyyata marağı daha da artırmış olur.

Dərslikdə verilən tapşırıqlar dizayn, eləcə də düşündürücülük və məntiqə əsaslanma baxımından əvvəlki dərsliklə müqayisədə fərqlənir. Məsələn, 42-ci səhifədəki qruplarla işə aid olan 6-cı tapşırıqda şagirdlər qrup şəklində mühakimə yürütməyə, verilmiş aralıqda 4-ə və 6-ya bölünən ədədləri, eyni zamanda bu ədədlərin hər ikisinə bölünən ədədlər  tapıb əvvəlcə sxemdəki yerinə, sonra onları çoxluq şəklində, ən nəhayət, Venn diaqramında yerinə yazmaqla həll etmiş olurlar.

Kəsrlər üzərində əməllərə aid tapşırıqların əksəriyyəti diaqramlar, sxemlər, cədvəllər vasitəsi ilə verilmişdir. Səhifə  72-də 3-cü tapşırıqdakı "pudinq" sözünü digər bir milli sözlə (şirniyyat) əvəzlənməsi məqsədəuyğun olardı.

Əvvəlki dərslikdən fərqli olaraq yeni dərslikdə qavrama qabiliyyətləri  müxtəlif olan şagirdlər üçün həm minimum, həm də maksimum səviyyədə materiallar verilmişdir ki, bu da müəllimlərin işini az da olsa asanlaşdırır.

Müəllim üçün vəsaitdə isə yeni təlim strategiyasına uyğun olaraq iş formaları, onları necə yerinə yetirmələri, İnternetdən istifadə üçün göstərişlər, qiymətləndirməyə, işçi vərəqlərinin hazırlanmasına dair göstərişlər, müxtəlif  lazımi İnternet ünvanları, qiymətləndirmə meyarları verilmişdir.

Hər bir fəslin əvvəlində fəsil üzrə standartlara uyğun planlaşdırma cədvəli verilmişdir. Eyni zamanda dərs vəsaitində gündəlik planlaşdırmaya dair göstərişlər də vardır. Bu bir tərəfdən müəllimlərin işini yüngülləşdirsə də, digər tərəfdən araşdırma işlərini məhdudlaşdırır. Yaxşı olardı ki, V sinfin digər fənlərində olduğu kimi, riyaziyyat üzrə vəsaitdə də perspektiv planlaşdırma verilsin.

Yeni təlim metod və üsulları ilə riyaziyyat və eləcə də digər fənləri tədris etməkdən ötrü müəllimə yüksək bilik, bacarıq, müasir təlim üsullarına dərindən yiyələnmək, dərsliyə yaradıcı baxış,  İKT-dən istifadə bacarığı, ofis proqramlarını bilməsi, təqdimatlar  hazırlamağı bacarması lazımdır.

Müasir dövrdə müəllim nəinki öz fənnini, eləcə də digər fənlərdən minimum səviyyədə anlayışlı olmalıdır. Çünki perspektiv və gündəlik planlaşdırmada qeyd olunan fəndaxili və fənlərarası inteqrasiyanı təmin etmək üçün hökmən inteqrasiya olunan fənn haqqında ən azı həmin fənnin  standartlarını müəllimlər bilməlidir. Bunun üçünsə hər bir fənn müəllimi digər fənn müəllimləri ilə sıx əməkdaşlıq etməlidir.

Bu yolda bütün müəllimlərimizə müvəffəqiyyətlər arzulayaraq  bir riyaziyyat müəllimi və valideyn kimi müəlliflərə öz təşəkkürümü  bildirirəm.
 

Ehtibar ALIYEV,
Qazax şəhəri 5 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov